AVRO-2025: Azərbaycanın U-21 millisi Bakıda Şimali İrlandiya ilə qarşılaşacaq | |
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2025-ci il Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək. Samir Əliyevin baş məşqçi olduğu kollektiv Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandasını qəbul edəcək. “Azersun Arena”da oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq. Görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. AVRO-2025 Seçmə mərhələ 12 oktyabr 18:00. Azərbaycan – Şimali İrlandiya Hakimlər: Georgi Davidov, Georgi Doynov, Miroslav Maksimov Dördüncü hakim: Kristian Kolev Bakı, “Azersun Arena” Xal durumu: İngiltərə - 3, Serbiya – 3, Ukrayna – 3, Lüksemburq – 3 (2 oyun), Şimali İrlandiya – 0 (2), Azərbaycan – 0. Qeyd edək ki, F qrupunda mübarizə aparan Azərbaycanın U-21 yığması ilk matçında səfərdə Serbiyaya 0:2 hesabı ilə uduzub. |
|
Xəbər 81 dəfə oxundu. |
|
|