DÇ-2024: Azərbaycanın futzal millisi Qazaxıstanla oyunda qələbəni əldən verib
Futzal üzrə Azərbaycan milli komandası DÇ-2024-ün elit-raund mərhələsində növbəti oyununu keçirib.

Vitali Borisovun baş məşqçi olduğu kollektiv Astanada Qazaxıstan yığmasının qonağı olub. “Jekpe Jek” arenasında oynanılan qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2.

Matça yaxşı başlayan Azərbaycan millisi ilk hissəsinin əvvəllərində 2 top vursa da, qələbə hesabını qoruyub saxlaya bilməyib.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran Qazaxıstan seçməsi liderliyini möhkəmlədib. Üç xalı olan Azərbaycan yığması isə üçüncü pillədə qalıb.

Xəbər 134 dəfə oxundu.