Azərbaycan boksçusu Avropa Kubokuna qələbə ilə başlayıb
Azərbaycan boksçusu Nəbi İsgəndərov Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokuna qələbə ilə başlayıb.

67 kq çəkidə mübarizə aparan yığma üzvü 1/8 finalda Adrian Krusla (İspaniya) üz-üzə gəlib.

Döyüş Azərbaycan təmsilçisinin xeyrinə yekunlaşıb - 4:0 (29:27, 28:28, 29:27, 29:27, 29:26). O, 1/4 finalda Canluici Malanqa (İtaliya) ilə qarşılaşacaq. Görüş oktyabrın 12-də keçiriləcək.

Qeyd edək ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın dördüncü günündə Azərbaycanın 4 boksçusu rinqə çıxacaq. Şamil Əskərov (57 kiloqram) Qabriel Eskobarla (İspaniya), Malik Həsənov (63,5 kiloqram) Lunes Hamraui (Fransa) ilə, Mirşərif Kazımzadə (75 kiloqram) Qabriel Debaniçlə (Xorvatiya) və Eldar Quliyev (86 kiloqram) Aleksey Alfiorovla (Belarus) döyüşəcək.

Xəbər 138 dəfə oxundu.