Futbol üzrə 2032-ci il Avropa çempionatı Türkiyə və İtaliyada keçiriləcək
Futbol üzrə 2028 və 2032-ci il Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr açıqlanıb.

AVRO-2028 Böyük Britaniya və İrlandiyada, AVRO-2032 isə Türkiyə və İtaliyada təşkil olunacaq.

2028-ci ildəki turnirin matçları Belfast, Birmingem, Kardiff, Dublin, Qlazqo, Liverpul, London, Mançester və Nyukasl şəhərlərindəki müvafiq stadionlarda oynanılacaq.

Qeyd edək ki, 2024-cü il Avropa çempionatı Almaniyada keçiriləcək.

Xəbər 100 dəfə oxundu.