“Neftçi”nin legioneri Malayziyaya yollanıb
“Neftçi” komandasının futbolçusu Ataa Caber Fələstin milli komandasına dəvət alıb.

29 yaşlı yarımmüdafiəçi yığma ilə Malayziyada keçirilən “Merdeka” turnirinə qatılıb.

Oktyabrın 9-da start götürən beynəlxalq turnir 10 gün davam edəcək.

Qeyd edək ki, Ataa Caber Fələstin milli komandasının heyətində 4 oyunda meydana çıxıb.

Xəbər 122 dəfə oxundu.