“Neftçi”nin futbolçusu Sent Martin millisinə dəvət alıb
“Neftçi”nin futbolçusu Kilan Lebon Sent Martin millisinə dəvət olunub.

26 yaşlı yarımmüdafiəçi KONKAKAF Millətlər Liqasının oyunları üçün yığmaya çağırılıb.

Görüşlər oktyabrın 9-dan 17-dək və noyabrın 13-dən 21-dək keçiriləcək.

Qeyd edək ki, Kilan Lebon Sent Martin milli komandasının heyətində 2 oyunda meydana çıxıb.

Xəbər 121 dəfə oxundu.