Azərbaycan gimnastları Bolqarıstana yola düşüblər
Bolqarıstanda keçiriləcək 31-ci Avropa yaş qrupları yarışında iştirak edəcək akrobatika gimnastikası üzrə Azərbaycan milli komandası Varna şəhərinə yola düşüb.

Yarışda Azərbaycanı Aysel Musayeva, Darya Pasmurnova, Fidan Mirzəyeva (12-18 yaş, qadın qrupu-1), Jasmin Əliyeva, Aylin Məmmədova və Ayan Hacılı (12-18 yaş, qadın qrupu-2) təmsil edəcək.

Qeyd edək ki, turnir 12-15 oktyabr tarixlərində təşkil olunacaq.

Xəbər 153 dəfə oxundu.