Səudiyyə Ərəbistanı 2034-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir | |
Səudiyyə Ərəbistanının Futbol Federasiyası 2034-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün Beynəlxalq Futbol Federasiyasına (FIFA) ərizə ilə müraciət edib. Bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. “Biz 2034-cü il futbol üzrə dünya çempionatını keçirmək üçün FIFA-ya məktub göndərmişik. Bu, Beynəlxalq Futbol Federasiyasına üzv olan 70-dən çox assosiasiyadan dəstək aldıqdan sonra atdığımız ilk addımdır”, - deyə mətbuat xidmətinin məlumatında bildirilir. FIFA elan edib ki, 2034-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün yalnız Asiya və Okeaniya ölkələri namizədliyini irəli sürə bilər. 2026-cı il çempionatı ABŞ, Kanada və Meksikada baş tutacaq. 2030-cu ildə isə dünya çempionatının əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq, turnirin açılış oyunu Uruqvayda, digər iki oyun isə Argentina və Paraqvayda keçiriləcək. |
|
Xəbər 112 dəfə oxundu. |
|
|