“Qarabağ”ın daha üç legioneri yığmaya çağırılıb
“Qarabağ”ın daha üç əcnəbi futbolçusu öz ölkələrinin yığmasına dəvət alıb.

Qapıçı Luka Quqeşaşvili Gürcüstan millisinin oktyabrın 12-də Tailand ilə beynəlxalq yoldaşlıq, oktyabrın 15-də isə Kipr ilə AVRO-2024-ün seçmə mərhələ oyunlarına çağırılıb.

Yarımmüdafiəçilər Leandro Andrade və Patrik Andrade isə Kabo Verde seçməsinin oktyabrın 12-də Əlcəzair, oktyabrın 17-də isə Komor adalarına qarşı yoldaşlıq matçlarına dəvət ediliblər.

Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın digər legioner futbolçusu Marko Yankoviç Monteneqro millisindən dəvət alıb.

Xəbər 144 dəfə oxundu.