“Neftçi”nin futbolçusu Azərbaycan millisinin heyətindən çıxarılıb
“Neftçi”nin futbolçusu Eddi İsrafilov Azərbaycan millisinin heyətindən çıxarılıb.

31 yaşlı yarımmüdafiəçi zədə səbəbindən AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya yığmaları ilə keçiriləcək matçları buraxacaq.

Təcrübəli oyunçu sözügedən qarşılaşmalara hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışında iştirakını dayandırıb.

Qeyd edək ki, oktyabrın 13-də Estoniyanın qonağı olacaq Azərbaycan millisi bundan 3 gün sonra Bakıda Avstriyanı qəbul edəcək.

Xəbər 132 dəfə oxundu.