Azərbaycan samboçuları dünya birinciliyindən beş medalla qayıdırlar
Azərbaycanın yeniyetmə samboçuları Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən dünya birinciliyində beş medal qazanıblar.

idmançılardan Nicat Sultanov (71 kiloqram) gümüş, Ziyəddin Zeynallı (53 kiloqram) və Sulhan Süleymanlı (79 kiloqram) bürünc mükafata layiq görülüblər.

Gənc samboçulardan isə Sahib Babayev (58 kiloqram) və Rəsul Aydəmirov (98 kiloqram) ikinci yeri tutublar.

Xəbər 130 dəfə oxundu.