Azərbaycan - Şimali İrlandiya matçının hakimləri bəlli olub
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununun hakimləri açıqlanıb.

“Azersun Arena”da baş tutacaq qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Georgi Davidovun köməkçiləri Georgi Doynov və Miroslav Maksimov olacaq. Dördüncü hakim funksiyasını isə Kristiyan Kolev yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 12-də keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyunu saat 18:00-da başlayacaq.

Xəbər 114 dəfə oxundu.