Avropa çempionatı: Azərbaycan U-17 millisinin seçmə mərhələ üçün ilkin heyəti açıqlanıb | |
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Serbiyada keçirəcəyi oyunlar üçün ilkin heyəti açıqlanıb. Yığma seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 9-dan 11-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Həmin hazırlıq prosesindən sonra Serbiyaya gedəcək yekun heyət müəyyənləşəcək. U-17 millisinin heyəti: Ayxan Abbaszadə (“Turan Tovuz”), Həbib Hüşənov (“Qəbələ”), Ayxan Əlizadə (“Sabah”), Məsud Əlişanlı (“EFA”), Əhməd Tarverdiyev (“Sabah”), Səmid Əhmədov (“Qəbələ”), Əli Nəbizadə (“Neftçi”), Vüsal Paşayev (“Sumqayıt”), Nadir Orucov (“Sumqayıt”), Rəşad Alışov (“Sabah”), Tuncay Əhmədov (“Sabah”), Əkbər Məhərrəmov (“Sabah”), Ömər Kərimov (“Qəbələ”), Əmir Əliyev (“Sabah”), Babamirzə Mehdiyev (“Sabah”), Elton Babazadə (“Qarabağ”), Ziya Şəkərxanov (“Qəbələ”), Emin Feyzullayev (“Sabah”), Həsən Nəzərli (“Ankaragücü” (Türkiyə), Hikmət Cəbrayilzadə (“Qarabağ”), Amid Qasımov (“Qarabağ”), Ümid Səlimov (“Sabah”), Röyal Fərzullazadə (“Neftçi”), Həbib Qədimov (“Qarabağ”) Azərbaycan millisinin oyunlarının təqvimi 21 oktyabr 19:00. Serbiya – Azərbaycan 24 oktyabr 14:00. Sloveniya – Azərbaycan 27 oktyabr 16:00. Azərbaycan – Lüksemburq |
|
Xəbər 110 dəfə oxundu. |
|
|