Atıcılıq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində güllə və stend atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib.

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkənin müxtəlif regionlarından olan və fərqli idman klublarını təmsil edən 100-dən çox idmançı hər iki növ üzrə fərdi və qarışıq komanda yarışlarında mübarizə aparıblar.

Gərgin mübarizə şəraitində keçən final yarışlarından sonra çempionatda qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.

Mükafatlandırma mərasimindən sonra ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançılara, hakimlərə və çempionatın uğurla keçirilməsi prosesində iştirak etmiş digər mütəxəssislərə pul mükafatı təqdim edilib.

10 metr məsafəyə pnevmatik tapançadan atəş açma

Kişilər

1. Ruslan Lunyov

2. Elvin Astanov

3. Hacı Musayev

Qadınlar

1. Xanna Əliyeva

2. Zərifə Qasımova

3. Nəzrin Abbaslı

Qarışıq komanda

1. Ruslan Lunyov – Nigar Nəsirova

2. Hacı Musayev - Xanna Əliyeva

3. Elvin Astanov – Leyli Əliyeva

10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma

Kişilər

1. Ramiz Xəlilov

2. Üzeyir Tapdıqlı

3. İlkin Vəliyev

Qadınlar

1. Jalə Bayramova

2. Nigar Ramazanova

3. Nuranə Əliyeva

Qarışıq komanda

1. Jalə Bayramova – Ramiz Xəlilov

2. Aynur Mahmudova – Üzeyir Tapdıqlı

3. Nuranə Əliyeva – İlkin Vəliyev

25 metr məsafəyə kiçik çaplı tapançadan sürətli atəş açma

Kişilər

1. Ruslan Lunyov

2. İmran Qarayev

3. Elvin Astanov

Qadınlar

1. Nigar Nəsirova

2. Zərifə Qasımova

3. Xanna Əliyeva

50 metr məsafəyə kiçik çaplı tapançadan atəş açma

Kişilər

1. Vladislav Kalmıkov

2. Hacı Musayev

3. Rəhim Rəhimov

10 metr məsafəyə pnevmatik tapançadan atəş açma

Yeniyetmə oğlanlar

1. Cəfər Sultanlı

2. Vladislav Kalmıkov

3. İlya Kvokov

Yeniyetmə qızlar

1. Zeynəb Sultanova

2. Sofiya Barxalova

3. Əminə Ömərova

Qarışıq komanda

1. Zeynəb Sultanova - Cəfər Sultanlı

2. Mədinə Zəkərəyeva – Oleq Kerjankin

3. Xalidə Əliyeva – İmran Qarayev

25 metr məsafəyə kiçik çaplı tapançadan sürətli atəş açma

Yeniyetmə qızlar

1. Zeynəb Sultanova

2. Sofiya Barxalova

3. Əminə Ömərova

Səngər stendi

Kişilər

1. Əli Hüseynli

2. Sabir Mehdizadə

3. Mirmömin Ağazadə

Qadınlar

1. Ülviyyə Eyvazova

2. Aydan Camalova

3. Alina Rəfixanova

Qarışıq komanda

1. Sabir Mehdizadə - Alina Rəfixanova

2. Əli Hüseynli – Aydan Camalova

3. Kamil Mədətov – Rəna Ələsgərova

Dairəvi stend atıcılığı

Kişilər

1. Niyaz Ağazadə

2. Fuad Qurbanov

3. Əli Mustafayev

Qadınlar

1. Nurlana Cəfərova

2. Regina Meftahəddinova

3. Sevda Nəcəfova

Qarışıq komanda

1. Əli Mustafayev – Nurlana Cəfərova

2. Cavid Həsənov – Sevda Nəcəfova

3. Fuad Qurbanov – Regina Meftahəddinova

Dairəvi stend atıcılığı

Yeniyetmə oğlanlar

1. Hüseyn Mahmudov

2. Maksimus Jemçujnikov

3. Məhəmməd Həbibli

Yeniyetmə qızlar

1.Cəmilə Paşayeva

2. Daniella Ulyanova

3. Minayə Novruzova

Səngər stendi

Yeniyetmə oğlanlar

1. Kamil Mədətov

2. Mürtəza Novruzlu

3. Murad Bədəlov

Yeniyetmə qızlar

1. Aylin Quliyeva

2. Nərmin Bədəlli

3. Nuray Muxtarova

Qeyd edək ki, Azərbaycan çempionatı ölkə üzrə güclü atıcıların müəyyənləşdirilməsi, atıcılıq idmanının təbliği və kütləviləşdirilməsi, gənclərin bu idman növünə maraqlarının artırılmasına nail olmaq məqsədi ilə hər il keçirilir.

Xəbər 151 dəfə oxundu.