“Turan-Tovuz” Ayxan Abbasovun başçılığı altında yubiley oyununu keçirib
“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi dövründə 50-ci oyununu keçirib.

Bu, Azərbaycan Premyer Liqasının IX turuna təsadüf edib.

Qərblilər səfərdə “Zirə”yə 1:2 hesabı ilə uduzub.

Abbasov 2022-ci ilin yayından Tovuz klubunun baş məşqçisidir. Bu müddətdə komandası 45 çempionat və 5 kubok görüşünə çıxıb.

Tovuzlular bu qarşılaşmalarda 16 qələbə qazanıb və 12 heç-heçə edib. “Turan Tovuz” A. Abbasovun baş məşqçiliyi altında 22 dəfə uduzub.

Xəbər 108 dəfə oxundu.