Triatlon millimizin üzvləri beynəlxalq yarışda birinci yeri tutublar
Triatlon millimizin üzvləri Toğrul Məmmədli və Kseniya Voronina Rusiyada “IRONSTAR SPRINT SOCHI SIRIUS 2023” yarışında birinci yeri tutublar.

Triatlonçumuz Toğrul Məmmədli 16-24 yaş qrupları arasında 1-ci, kişilər arasında mütləq kateqoriyasında isə 9-cu pillədə qərarlaşıb.

Milli komandanın idmançısı Kseniya Voronina 16-24 yaş kateqoriyasında 1-ci olub. Triatlonçumuz qadınlar arasında mütləq kateqoriyasında isə 3-cü yerə çıxıb.

Xəbər 109 dəfə oxundu.