“Barselona”nın hücumçusu İspaniya çempionatları tarixində ən gənc qol vuran futbolçu olub
"Barselona"nın hücumçusu Lamin Yamal İspaniya çempionatında qol vuran ən gənc futbolçu olub.

Hücumçu ölkə çempionatının IX turunun “Qranada” ilə səfər matçında birinci hissədə əsas vaxtın ilk dəqiqəsində fərqlənib. Futbolçu 16 yaş 87 günlüyündə qol vurub.

Bundan əvvəlki nailiyyət 2012-ci ilin avqustunda 16 yaş 98 günlük olarkən “Malaqa” komandasında “Selta Viqo”ya (1:0) qol vuran Fabris Olinqaya məxsus idi.

Xəbər 132 dəfə oxundu.