Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və gümüş medal qazanıblar
Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Vladimir Dolmatov Bolqarıstanın Plovdiv şəhərində keçirilən “Plovdiv kuboku”nda qızıl medal qazanıb.

idmançı fərdi proqramda bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, komanda yoldaşı Mədinə Mustafayeva ilə birgə cütlük proqramında isə gümüş medala sahib çıxıb.

Xəbər 141 dəfə oxundu.