Premyer Liqa: “Səbail” son dəqiqə qolu ilə “Qəbələ”yə qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Qəbələnin eyniadlı komandası doğma meydanda “Səbail”lə qarşılaşıb.

Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu sonuncu - 90+5-ci dəqiqədə Rüfət Abdullazadə vurub.

Bu nəticədən sonra xallarını 17-yə çatdıran “Səbail” ikinci pilləyə yüksəlib, “Qəbələ” isə 7 xalla səkkizinci sırada qalıb.

Günün ikinci oyununda “Sabah” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Qeyd edək ki, turun açılış matçında “Zirə” evdə “Turan Tovuz” üzərində 2:1 hesablı qələbə qazanıb. IX tura oktyabrın 8-də keçiriləcək “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” matçları ilə yekun vurulacaq.

Xəbər 117 dəfə oxundu.