Gəncə şəhər stadionunun yenidən qurulmasına 1milyon manat ayrıldı | |
Prezident İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. İqtisadiyyat Nazirliyi isə bu Sərəncamın 1-ci hissəsində göstərilən stadionun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. |
|
Xəbər 130 dəfə oxundu. |
|
|