Ulduz futbolçunun dopinq testi yenidən müsbət çıxıb
İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Pol Poqbanın dopinq testi yenidən müsbət çıxıb.

Bu barədə italiyalı jurnalist Nikola Skira sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, fransalı yarımmüdafiəçinin müdafiə hesabatını təqdim etmək üçün yeddi gün vaxtı var. 30 yaşlı oyunçu yaxın həftələrdə dindiriləcək.

Sentyabrın 11-də məlum olub ki, İtaliya A Seriyasının I turunun “Udineze” ilə oyunundan (3:0) sonra Pol Poqbadan götürülmüş analizin nəticəsi müsbət olub. Futbolçunun orqanizmində qadağan olunmuş maddə aşkarlanıb.

Qeyd edək ki, Fransa millisinin sabiq üzvünü 4 ilədək diskvalifikasiya cəzası gözləyir.

Xəbər 116 dəfə oxundu.