“Beşiktaş” klubunun baş məşqçisi istefa verib
Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Şenol Güneş istefa verib.

Buna komandanın cari mövsümdə qeyri-sabit çıxışı səbəb olub.

71 yaşlı mütəxəssis ötən gün UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda evdə İsveçrənin “Luqano” komandasına 2:3 hesabı ilə uduzduqları oyundan sonra istefa ərizəsini rəhbərliyə təqdim edib.

Qeyd edək ki, Şenol Güneş daha əvvəl 2015-2019-cu illərdə “Beşiktaş”ın baş məşqçisi olub. O, 2022-ci ilin oktyabrında yenidən “qara qartallar”ın sükanı arxasına keçib.

Xəbər 121 dəfə oxundu.