Bolqarıstandakı turnirdə iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
Aerobika gimnastikası üzrə Azərbaycan yığması Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək “Plovdiv kuboku” beynəlxalq turnirində iştirak edəcəklər.

Federasiyadan verilən məlumata görə, yarışda Azərbaycanı Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova, Arzu Ağayeva, Sara Əlixanlı, Məryəm Topçubaşova, Sənəm Kazımova, Aylin Əliyeva və Dilarə Qurbanova təmsil edəcək.

Bu yarışın ardınca böyüklərdən ibarət milli komandanın üzvləri Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova və Arzu Ağayeva Rumıniyanın paytaxtı Buxarestə gedərək, Dünya Kubokunda (13-15 oktyabr) qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, bu gün start götürən “Plovdiv kuboku” oktyabrın 8-də yekunlaşacaq.

Xəbər 149 dəfə oxundu.