Azərbaycan Premyer Liqası: Doqquzuncu tura bir oyunla start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Səkkiz turdan sonra 16 xalla ilk pillədə yer alan “Zirə” komandası doğma meydanda 11 xalla altıncı sırada qərarlaşan “Turan-Tovuz”u qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq görüş saat 18:00-da başlayacaq. Oyunun baş hakimi İnqilab Məmmədov olacaq.

İki komanda indiyədək ölkə çempionatında dörd dəfə üz-üzə gəlib. Bunların üçündə “qartallar”, birində isə tovuzlular qələbə qazanıb. Topların nisbətində də paytaxt klubunun üstünlüyü var – 8:5.

“Zirə” “Turan Tovuz”la bütün oyunlarda qol vurub. Bakı klubunun ev matçlarında 3 və ya daha çox qol qeydə alınıb.

Azərbaycan Premyer Liqası

IX tur

6 oktyabr (cümə)

18:00. “Zirə” – “Turan Tovuz”

Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Rəhman İmami, Kamran Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Emin Cəfərov

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun “Qəbələ” – “Səbail” və “Sabah” – “Araz-Naxçıvan” matçları oktyabrın 7-də, “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” görüşləri isə oktyabrın 8-də keçiriləcək.

Xəbər 129 dəfə oxundu.