DÇ-2024: Azərbaycan millisi seçmə mərhələdə qrup lideri ilə qarşılaşacaq
Futzal üzrə Azərbaycan milli komandası DÇ-2024-ün elit-raund mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Vitali Borisovun baş məşqçi olduğu kollektiv Bakıda qrup lideri Qazaxıstan yığması ilə qarşılaşacaq.

Bakı İdman Sarayında baş tutacaq görüş saat 20:00-da start götürəcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Matçı Finlandiyadan olan hakimlər briqadası idarə edəcək.

DÇ-2024, elit-raund

6 oktyabr

20:00. Azərbaycan – Qazaxıstan

Hakimlər: Kirill Nayşouler, Arttu Kaynaraynen, Paavo Komppa

Qeyd edək ki, ilk iki turdan sonra Azərbaycan millisi 3 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 118 dəfə oxundu.