Türkiyənin “Fənərbağça” klubu tarixi rekorda imza atıb
UEFA Konfrans Liqasında səfərdə Slovakiyanın “Spartak Trnava” klubuna 2:1 hesabı ilə qalib gələn Türkiyənin “Fənərbağça” klubu ölkə tarixində rekorda imza atıb.

Bu nəticə ilə “Sarı bülbüllər” Avropada 9 oyun ardıcıl qələbə qazanan ilk türk komandası olub.

Qeyd edək ki, İsmail Kartalın yetirmələri bu mövsüm bütün turnirlər daxil olmaqla ardıcıl 15 qələbə qazanıb.

Xəbər 123 dəfə oxundu.