Konfrans Liqası: “Fənərbağça”dan qələbə, “Beşiktaş” məğlub oldu | |
Oktyabrın 5-də UEFA Konfrans Liqasında ikinci turun oyunları keçirilib. Türkiyə təmsilçisi “Beşiktaş” öz meydanında İsveçrənin “Luqano” klubuna məğlub olub – 2:3. “Qara qartallar” oyunun gedişində 2:0 hesablı üstünlük əldə etsələr də, matçın son 10 dəqiqəsində qapısından 3 top buraxıb. Türkiyənin digər təmsilçisi “Fənərbağça” isə səfərdə Slovakiyanın “Spartak Trnava” klubu ilə qarşılaşıb. İsmail Kartalın yetirmələri bu oyunda da qələbə qazanıblar - 2:1. Qeyd edək ki, bu, “Fənərbağça”nın bu mövsüm bütün turnirlər daxil olmaqla qazandığı ardıcıl 15-ci qələbə olub. Azərbaycanlı futbolçu Mahir Əmrəlinin forma geyindiyi “Dinamo Zaqreb” isə səfərdə Kosovonun “Balkani” klubuna gözlənilmədən uduzub – 0:2. Mahir Əmrəli bu oyunda 46-cı dəqiqədə meydana daxil olub. Turun digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb: “Astana” – “Plzen” – 1:2 “Budo-Qlimt” – “Brügge” – 0:1 “Breydablik” – “Zorya” – 0:1 “Gent” – “Makkabi Təl-Əviv” – 2:0 “Klaksvik” – “Lill” – 0:0 “Olimpiya Lyublyana” – “Slovan Bratislava” – 0:1 “Aberdin” – “HİK” – 1:1 “Aston Villa” – “Zrinski” – 1:0 “AZ Alkmaar” – “Legiya” – 1:0 “Çukariçki” – “Genk” – 0:2 “Fiorentina” – “Ferentsfaroş” – 2:2 “Norşelland” – “Ludoqorets” – 7:1 PAOK – “Ayntraxt” – 2:1. |
|
Xəbər 118 dəfə oxundu. |
|
|