Minifutbol üzrə Azərbaycan millisi Türkiyə klubunu məğlub edib
Türkiyənin Belek bölgəsində təlim-məşq toplanışında olan minifutbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Federasiyadan verilən məlumata görə, rəqib Antalyanın yerli “Tuncay İdman Yurdu” komandası olub. Görüş Azərbaycan yığmasının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli komandanın qollarını Təmkin Xəlilzadə, Seymur Məmmədov, Bəxtiyar Soltanov və Samir Həmzəyev vurublar.

Xəbər 123 dəfə oxundu.