Azərbaycan millisinin taekvondoçuları Cənubi Koreyada merlə görüşüblər
Cənubi Koreyada təlim-məşq toplanışında olan qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandası Çunçeon şəhərinin meri Donq Han Yukla görüşüb.

Federasiyanin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, yaradılan şəraitə və göstərilən diqqətə görə merə təşəkkür edilib.

Donq Han Yuk da öz növbəsində yığmanın məşq üçün Cənubi Koreyanı seçməsinin faydalı olacağına inam ifadə edib.

Xəbər 144 dəfə oxundu.