Dünya çempionatı: Bu gün Azərbaycanın üç cüdoçusu tatamiyə çıxacaq
Portuqaliyanın Odivelas şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatının ikinci günündə Azərbaycan millisinin üç üzvü mübarizə aparacaq.

Oğlanlar arasında 73 kiloqram çəki dərəcəsində Süleyman Əliyev və Vüsal Qələndərzadə, qızlar arasında isə 57 kiloqramda Fidan Əlizadə tatamiyə çıxacaq.

İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Nizami İmranov (60 kiloqram) yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.

Xəbər 130 dəfə oxundu.