İsveç klubunda oynayan futbolçu Azərbaycan millisinə dəvət alıb
İsveçin “Yurqorden” klubunda çıxış edən Musa Qurbanlı Azərbaycan milli komandasına dəvət alıb.

21 yaşlı hücumçu yığmanın AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya ilə keçirəcəyi oyunlara çağırılıb.

Gənc forvard oktyabrın 9-da milli komandanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, oktyabrın 13-də Estoniya yığmasının qonağı olacaq Azərbaycan millisi bundan üç gün sonra Bakıda Avstriya seçməsini qəbul edəcək.

Xəbər 113 dəfə oxundu.