Səudiyyə Ərəbistanı 2034-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək niyyətindədir
Səudiyyə Ərəbistanı 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək niyyətində olduğunu bildirib.

Bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.

Bildirilib ki, buna dünya səviyyəli futbol tədbirlərinə ev sahibliyi etmək sahəsində artan təcrübəsi əsas verir. Həmçinin ölkə 2027-ci ildə Asiya Kubokunu təşkil edəcək.

Səudiyyə Ərəbistanı millisi 2018-ci ildə Rusiyada, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında iştirak edib. Ümumilikdə komanda altı dəfə turnirin final mərhələsinə vəsiqə qazanıb.

Beynəlxalq Futbol Federasiyasının açıqladığı məlumata görə, 2030-cu ildə futbol üzrə dünya çempionatının oyunlarına altı ölkə - İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvay ev sahibliyi edəcək.

Xəbər 101 dəfə oxundu.