“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasına heç-heçə ilə başlayıb


“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

Çempionlar yolunda qüvvəsini sınayan “qırmızı-qaralar” I mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə üz-üzə gəlib. Qəbələ ilə şəhər stadionunda keçirilən görüş heç-heçə ilə yekunlaşıb – 1:1.

Hesabı 8-ci dəqiqədə “qırmızı-qaralar” açıblar. Şahin Şahniyarov komandasını önə keçirib. 36-cı dəqiqədə isə penaltini dəqiq yerinə yetirən qonaq komandanın müdafiəçisi Adam Umathum tarazlığı bərpa edib. 17 yaşlı futbolçu bu qolla həm də yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu oktyabrın 25-də Macarıstanda keçiriləcək. Bu cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.

Xəbər 100 dəfə oxundu.