Böyük Britaniya və İrlandiya indi “Avro-2028”ə ev sahibliyi etmək istəyən tək namizəddir
Türkiyə turnirə ev sahibliyi etmək hüququ uğrunda mübarizədən ayrılandan sonra Böyük Britaniya və İrlandiyanın “Avro-2028”ə ev sahibliyi etmək üçün etdiyi rəsmi müraciət indi yeganə namizəd ərizəsidir.

Bu barədə Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, UEFA Türkiyənin 2032-ci il turnirinin keçirilməsi müraciətinə İtaliya ilə birgə qoşulmaq imkanı olduğunu təsdiqləyəndən sonra Ankara öz namizədlik ərizəsini geri götürmək qərarına gəlib. İyulun 28-də bu ölkələrin futbol federasiyaları 2032-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etməklə bağlı birgə ərizə vermək niyyətlərini bəyan ediblər, çünki bu tədbirin təşkilinə başqa heç bir ölkə iddia etmir. İngiltərə, Uels, Şotlandiya, Şimali İrlandiya və İrlandiya futbol federasiyaları 2028-ci ilin Avropa çempionatının keçirilməsinə namizədlik üçün ərizə veriblər. Rəsmi olaraq turnirlərin keçirilmə yerləri UEFA-nın oktyabrın 10-da İsveçrənin Nyon şəhərində baş tutacaq İcraiyyə Komitəsinin iclasında elan ediləcək.

Rusiya hər iki turnirin təşkil edilməsinə iddia edirdi. 2022-ci ilin mayında UEFA Rusiyanın ərizəsini rədd edərək onun qəbuledilməz olduğunu bildirib. Qurum həm də bunu Rusiyanın beynəlxalq yarışlardan kənarlaşdırılmasının nə qədər davam edəcəyinin məlum olmaması ilə əlaqələndirib.

2024-cü ilin Avropa çempionatı Almaniyada keçiriləcək. İngiltərədə bu tədbir 1996-cı ildə baş tutub. Türkiyə tarixdə ilk dəfə bu turnirə ev sahibliyi edə bilər. İtaliya 1968-ci və 1980-ci illərdə Avropa çempionatını qəbul edib. 2021-ci ildə təşkil olunan yarışlar isə Avropanın 11 şəhərində, habelə Sankt-Peterburq, Roma, London və Qlazqoda keçirilib.

Xəbər 103 dəfə oxundu.