“Hekken”in baş məşqçisi: “Qarabağ” avrokuboklarda böyük təcrübəyə malikdir
“Avropa Liqasında evdə ilk oyunumuzu keçirəcəyik. Rəqib evdə çox yaxşı oyunla “Molde”yə qalib gələn “Qarabağ” olacaq”.

Bu sözləri “Hekken” komandasının baş məşqçisi Per-Matias Höqme UEFA Avropa Liqasının qrup mərhələsində İsveçdə “Qarabağ”a qarşı keçirəcəkləri II tur oyunundan öncə mətbuat konfransında deyib.

64 yaşlı mütəxəssis Ağdam təmsilçisinin avrokuboklarda böyük təcrübəyə malik olduğunu bildirib: “Hansı rəqiblər qarşılaşacağımızı yaxşı dərk edirik. “Qarabağ” illərdir avrokuboklarda uğurla çıxış edir. Çox maraqlı qarşılaşma olacaq. Heyətimizdə yeni oyunçular var, bəzi futbolçular zədəsini sağaldaraq komandaya qayıdıb. Özümüzü güclü və inamlı hiss edirik”.

Qeyd edək ki, oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hekken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 112 dəfə oxundu.