Bakıda dünya çempionu olan koreyalı taekvondoçu Azərbaycan millisinin məşqinə qatılıb
Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandası Cənubi Koreyada təlim-məşq toplanışını davam etdirir.

Federasiyadan verilən məlumata görə, yığmanın məşqinə qatılanlar arasında Bakıda keçirilmiş dünya çempionatında qızıl medal qazanan koreyalı Tae-Jun Park da olub.

Suvon şəhərində Kyunq Hi Universitetində hazırlıq keçən millinin çalışmalarını yerli mütəxəssislər və əsas komandanın baş məşqçisi də izləyib.

Qeyd edək ki, oktyabrın 9-dək davam edəcək toplanışın növbəti günlərində sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır.

Xəbər 141 dəfə oxundu.