Dünya çempionatı: İlk gündə Azərbaycanın beş cüdoçusu mübarizə aparacaq
Bu gün Portuqaliyanın Odivelas şəhərində gənc cüdoçular arasında dünya çempionatına start veriləcək.

Yarışın ilk günündə Azərbaycanın millisinin beş üzvü tatamiyə çıxacaq.

Oğlanlar arasında Nizami İmranov (60 kiloqram) və Aydın Rzayev (66 kiloqram), qızlar arasında isə Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva və Xədicə Qədəşova (52 kiloqram) qüvvəsini sınayacaq.

Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Xəbər 112 dəfə oxundu.