Avropa Kuboku: "Sabah" basketbol klubu ardıcıl ikinci qələbəsini qazanıb
“Sabah” basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.

Azərbaycan çempionu A qrupundakı ikinci sınağında Şimali Makedoniyanın “Rabotniçki” komandası ilə qarşılaşıb.

Skopyedəki “Kale Arena”da keçirilən görüş Bakı klubunun qələbəsi ilə yekunlaşıb - 83:81.

Qeyd edək ki, “Sabah” qrupdakı ilk oyununda Niderlandın “Donar” klubunu 75:72 hesabı ilə məğlub edib.

Azərbaycan təmsilçisi qrupdakı son matçında Rumıniyanın "Rapid" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma oktyabrın 5-də baş tutacaq.

Xəbər 167 dəfə oxundu.