“Sumqayıt”ın hücumçusu Azərbaycan millisi ilə oyuna dəvət alıb
Estoniya yığmasının AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.

Baş məşqçi Tomas Heberli komandanın düşərgəsinə 24 futbolçu çağırıb.

Onların arasında “Sumqayıt” klubunun formasını geyinən Erik Sorqa da var.

Qapıçılar: Karl Yakob Hein (“Arsenal”, İngiltərə), Matvey İqonen (“Hebir", Pazarcik, Bolqarıstan), Karl Andre Vallner (“Levadiya”)

Müdafiəçilər: Karol Mets (“Sankt-Pauli”, Almaniya), Yonas Tamm (“Botev”, Bolqarıstan), Artur Pikk (“Odra”, Polşa), Marten Kusk (“Uypeşt”, Macarıstan), Maksim Paskotşi (“Qrasshopper”, İsveçrə), Ken Kallaste, Mixael Lilander (hər ikisi “Flora”), Rasmus Peetson (“Levadiya)

Yarımmüdafiəçilər: Mattias Kayayt (“Rapid”, Rumıniya), Vlasi Sinyavski (“Slovatsko”, Çexiya), Markus Pum (“Şemrok Rovers”, İrlandiya), Georgi Tunyov (“Peskara”, İtaliya), Boqdan Vaşuk (“Vozdovats”, Serbiya), Rokko Robert Şeyn (“Dordrext", Niderland), Konstantin Vasilyev, Martin Miller (hər ikisi “Flora”)

Hücumçular: Henri Anier (“Li Man”, Honkonq), Erik Sorqa (“Sumqayıt”, Azərbaycan), Aleks Mattias Tamm (“Nimme Kalyu”), Sergey Zenyov, Henrik Oyamaa (hər ikisi “Flora”).

Qeyd edək ki, oktyabrın 13-də Azərbaycan millisini qəbul edəcək Estoniya millisi bundan 4 gün sonra yoldaşlıq oyununda Tailand seçməsi ilə qarşılaşacaq. Hər iki matç Tallində keçiriləcək.

Xəbər 100 dəfə oxundu.