Andersson Avropa Çempionatına vəsiqə qazana bilməyəcəyi təqdirdə İsveç futbol yığmasını tərk edəcək
2016-cı ildən İsveçin milli futbol yığmasına baş məşqçilik edən Yanne Andersson komandanın Avropa Çempionatının təsnifat mərhələsində uğursuzluğu təqdirində istefaya gedəcəyini açıqlayıb.

Y.Andersson İsveçi kişilərdən ibarət futbol yığma komandası və habelə ölkə futbolu üçün böyük əhəmiyyət kəsb edən iki çempionata qədər gətirib çıxara bilib.

“Lakin istefa barədə danışmaq hələ tezdir, çünki qarşıda bizi Avropa Çempionatının hələ davam edən seçmə turniri ərəfəsində vacib oyunlar gözləyir”, - deyə İsveç Futbol Assosiasiyasının baş direktoru Hokan Syostrand bildirib.

İsveç yığması Avstriyaya 1:3 hesabı ilə məğlub olub. Komandanın 2024-cü ildə Almaniyada keçiriləcək Avropa Çempionatına çıxmaq şansı azdır. Komandanı Belçika və Azərbaycanla səfərdə, Estoniya ilə isə evdə keçiriləcək oyunlar gözləyir.

Turnir cədvəlində İsveç altı xalla üçüncüdür, birinci yerdə Belçika, ikinci yerdə isə Avstriyadır, bu komandaların hərəsinin 13 xalı var.

Qrupun iki ən yaxşı komandası 2024-cü ildə Almaniyada keçiriləcək Avropa Çempionatının pley-off mərhələsinə adlayacaq.

Xəbər 119 dəfə oxundu.