Avstriya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti bəlli olub
Avstriya millisinin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Belçika yığmaları ilə oyunlar üçün heyəti müəyyənləşib.

Baş məşqçi Ralf Ranqnik qarşıdakı matçlar üçün 28 futbolçuya dəvət göndərib.

Qapıçılar: Niklas Hedl ("Rapid"), Patrik Pents ("Bröndbü", Danimarka), Aleksander Şlager (“Zaltsburq”)

Müdafiəçilər: David Alaba ("Real", İspaniya), Samson Baydu (“Zaltsburq”), Flavius Danilyuk ("Salernitana", İtaliya), Kevin Dansa ("Lans", Fransa), Filip Linhart ("Frayburq", Almaniya), Ştefan Poş ("Bolonya", İtaliya), Gernot Trauner ("Feyenoord", Niderland), Maksimilian Vöber ("Borussiya" Münhenqladbax, Almaniya)

Yarımmüdafiəçilər: Kristof Baumqartner, Ksaver Şlager, Nikolas Seyvald (hamısı “Leyptsiq", Almaniya), Məhəmməd Çam ("Klermont", Fransa), Florian Qrilliç ("Hoffenhaym", Almaniya), Marko Qrull, Mattias Seidl (hər ikisi "Rapid"), Florian Kaynts, Deyan Lyubiçiç (hər ikisi "Köln", Almaniya), Konrad Laymer ("Bavariya", Almaniya), Aleksander Prass (“Şturm”), Marsel Zabitser (“Borussiya”, Dortmund, Almaniya), Romano Şmidt ("Verder", Almaniya), Patrik Vimmer (“Volfsburq”, Almaniya)

Hücumçular: Mixael Qreqoritş (“Frayburq”, Almaniya), Saşa Kalayciç (“Vulverhempton”, İngiltərə), Manprit Sarkaria ("Şturm")

Qeyd edək ki, oktyabrın 13-də evdə Belçika ilə qarşılaşacaq Avstriya yığması bundan 3 gün sonra Azərbaycan millisinin qonağı olacaq.

Xəbər 84 dəfə oxundu.