Rəşad Sadıqov Azərbaycan çempionatlarında yubiley oyununu keçirib
Rəşad Sadıqov Azərbaycan çempionatlarında baş məşqçi kimi 100-cü oyununu keçirib.

Onun yubileyi Premyer Liqanın VIII turunda “Araz-Naxçıvan”la səfər görüşünə təsadüf edib.

2020-ci ilin yayından qəsəbə klubuna rəhbərlik edən R. Sadıqov 2020/2021 və 2021/2022-ci illər mövsümlərinin hərəsində 28, ötən çempionatda isə 36 görüşün iştirakçısı olub. Cari mövsümün 8 qarşılaşmasını da nəzərə alsaq, mütəxəssis bu matçlarda 39 qələbə, 34 heç-heçə və 27 məğlubiyyətə şahidlik edib. Yalnız bir klubda çalışan 41 yaşlı mütəxəssis bu matçların hamısında “Zirə”nin “sükanı arxası”nda olub.

Qeyd edək ki, Rəşad Sadıqov Azərbaycan çempionatları tarixində ən azı 100 matçda baş məşqçi olan 30-cu mütəxəssisdir.

Xəbər 91 dəfə oxundu.