İspaniya La Liqası: “Atletiko Madrid” çətin qələbə qazanaraq liderlərə yaxınlaşıb
Oktyabrın 1-də futbol üzrə İspaniya La Liqasında 8-ci turun növbəti oyunları keçirilib.

Günü maraqlı oyunlarından biri Madriddə keçirilib. “Atletiko Madrid” öz meydanında “Kadiz”i qəbul edib. Bu görüşdə madridlilər çətin qələbə qazanıblar. Belə ki, hesabda 0:2 hesabı ilə geri düşən Simeonenin yetirmələri oyunda dönüş yarada biliblər. Qonaqların heyətində 12-ci dəqiqədə Lukas Pires, 27-ci dəqiqədə isə Marti fərqləniblər. Meydan sahiblərinin qollarına isə 32-ci və 66-cı dəqiqələrdə Korrea, 46-cı dəqiqədə isə Molina imza atıblar.

Beləliklə, xallarının sayını 16-ya çatdıran “Atletiko Madrid” turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. Onun ehtiyatda bir oyunu var.

Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Betis” – “Valensiya” – 3:0

“Almeriya” – “Qranada” – 3:3

“Alaves” – “Osasuna” – 0:2.

Qeyd edək ki, turnir cədvəlinə 21 xalla “Real Madrid” başçılıq edir. Ondan 1 xal az toplayan “Barselona” ikincidir. Üçüncü pillədə qərarlaşan “Jirona”nın aktivində isə 19 xal var.

Xəbər 133 dəfə oxundu.