İtaliya A Seriyası: “Yuventus” ardıcıl ikinci səfər oyununda xal itirib
Oktyabrın 1-də futbol üzrə İtaliya A Seriyasında 7-ci turun növbəti oyunları keçirilib.

Günün mərkəzi oyunun Berqamoda oynanılıb. Qonşu pillələrdə qərarlaşan “Atalanta” ilə “Yuventus” arasında keçirilən matçda qapılara qol vurulmayıb – 0:0.

Bu nəticədən sonra “Yuventus” 14 xalla dördüncü, “Atalanta” isə 13 xalla beşinci pillədə qərarlaşıb.

Günün digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:

“Roma” – “Frozinone” – 2:0

“Boloniya” – “Empoli” – 3:0

“Udineze” – “Cenoa” – 2:2.

Qeyd edək ki, İtaliya çempionatında turnir cədvəlinə 18 xalla “İnter” başçılıq edir. Onunla eyni miqdarda xalq toplayan “Milan” ikinci pillədədir. Üçüncü yerdə qərarlaşan “Napoli”nin 14 xalı var.

Xəbər 96 dəfə oxundu.