Elnur Məmmədov: Ölkə rəhbərliyi Azərbaycanda milli idman növlərinin inkişafına xüsusi diqqət yetirir
Ölkə rəhbərliyi Azərbaycanda milli idman növlərinin inkişafına xüsusi diqqət yetirir. Bu səbəbdən ölkəmizdə beynəlxalq assosiasiya fəaliyyət göstərir.

Bu sözləri Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov Bakıda keçiriləcək kəmər güləşi üzrə III Avropa çempionatından öncə təşkil olunan mətbuat konfransında deyib.

Çempionatın Milli Gimnastika Arenasında təşkil olunacağını vurğulayan E.Məmmədov bildirib: “Çempionatda 19 ölkədən idmançılar mübarizə aparır. Bu mötəbər yarışa aylardır hazırlıq işləri görülür. Əminəm ki, Avropa çempionatı ölkəmizdə yüksək səviyyədə keçiriləcək və hər bir nümayəndə yüksək təşkilatçılıq səviyyəsindən razı qalacaq”.

Qeyd edək ki, kəmər güləşi üzrə III Avropa çempionatı oktyabrın 4-dək davam edəcək.

Xəbər 110 dəfə oxundu.