“Qarabağ” Marko Yankoviçlə müqaviləni yeniləyib
“Qarabağ” Futbol Klubu Marko Yankoviçlə müqaviləni yeniləyib.

Klubla 28 yaşlı yarımmüdafiəçi arasında anlaşma iki il müddətinə uzadılıb.

2022-ci ilin yayından bu komandada çıxış edən Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub.

Xəbər 81 dəfə oxundu.