“Real” cari çempionatda ilk məğlubiyyətini alıb
Futbol üzrə İspaniya çempionatının altıncı turunda “Atletiko” və “Real” komandaları qarşılaşıblar.

Oyunda “Atletiko” komandası 3:1 hesabı ilə qalib gəlib. Komanda da qolları Alvaro Morata (4-cü, 46-cı dəqiqə) və Antuan Qrizmann (18) vurub.

Bununla “Real” cari çempionatda ilk məğlubiyyətini alıb. Komanda beş oyunun hamısında qalib gəlmişdi. “Real” 15 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Atletiko” beş oyundan 10 xalı var və beşinci yerdədir.

“Real” sentyabrın 27-də növbəti turda “Las Palmas”ı qəbul edəcək. "Atletiko" sentyabrın 28-də səfərdə "Osasuna" ilə qarşılaşacaq.

Xəbər 85 dəfə oxundu.