Zelim Tçkayev və Hidayət Heydərov yarımfinala vəsiqə qazanıblar
Bakıda keçirilən Böyük Dəbilqə turniri davam edir.

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə Azərbaycan cüdoçuları yarımfinala yüksəlib. Bu missiyanı kişilər arasında Zelim Tçkayev və Hidayət Heydərov yerinə yetirib.

Zelim Tçkayev (81 kiloqram) 1/32 final mərhələsindən başlayaraq 4 rəqibini üstələyib. O, final yolunda bolqarıstanlı rəqibi Georgi Qramatikov ilə qarşılaşacaq.

Hidayət Heydərov ( 73 kiloqram) 1/16 finaldan mübarizəyə qoşulub. Cüdoçu yarımfinalda rumıniyalı Aleksandru Raykula mübarizə aparacaq.

Qeyd edək ki, Bakıda keçirilən Böyük Dəbilqə turnirində ötən gün mübarizə aparan Azərbaycan cüdoçuları Yaşar Nəcəfov (66 kiloqram) qızıl, Leyla Əliyeva isə (48 kiloqram) gümüş medal qazanıblar.

Xəbər 114 dəfə oxundu.