"Neftçi" zədəli futbolçularının son vəziyyətini açıqlayıb
"Neftçi"nin zədəli futbolçularının son durumuna aydınlıq gəlib.

Bu barədə paytaxt təmsilçisinin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib.

Onun sözlərinə görə, zədəli futbolçulardan yalnız Emil Balayev bərpa prosesini keçir: “Digər futbolçular demək olar ki, artıq komanda ilə məşqlərə qoşulublar. Hazırda başqa zədəli futbolçumuz yoxdur”.

Qeyd edək ki, "Neftçi" bu gün VII turda "Zirə" ilə üz-üzə gələcək. Qarşılaşma Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.

Xəbər 102 dəfə oxundu.