Premyer Liqa: “Neftçi” “Zirə”nin qonağı olacaq
Bu gün Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.

VII turun ilk oyun günündə iki oyun keçiriləcək. Açılış matçında “Sumqayıt” bölgə təmsilçisi “Turan Tovuz”u qəbul edəcək.

Günün ikinci matçında isə Azərbaycan Premyer Liqasının lideri “Zirə” “Neftçi” ilə qarşılaşacaq.

23 sentyabr

“Sumqayıt” – “Turan Tovuz”

“Kapital Bank Arena”. Saat 18:00

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı

VAR: Tural Qurbanov

AVAR: Əli Əliyev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Zirə” – “Neftçi”

Zirə OİK stadionu. Saat 20:30

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Xəbər 101 dəfə oxundu.